Bakıda “Azərbaycan-türk futbol məktəbi” açılıb

Bakıda “Azərbaycan-türk futbol məktəbi” açılıb

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Kikboksinq Federasiyası və Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Bakıda "Azərbaycan-türk futbol məktəbi" açılıb. Siasport.az saytının məlumatına görə, Nərimanov rayonu ərazisində yerləşən məktəbin açılışında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Türkiyənin məşhur məşqçiləri Yılmaz Vural, Güvənc Kurtar, türkiyəli məşhur güləşçilər Ahmet Taşçı və Kadir Birlik iştirak ediblər.
Məktəbin açılışını bildirən rəmzi lent kəsilib.
"Azərbaycan-türk futbol məktəbi"ndə 5-17 yaş arası idmançılar türkiyəli məşqçilərin başçılığı ilə futbolun sirlərinə yiyələnəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə