Siasport.az saytı "Bakı" və U-21 yığmamızın müdafiəçisi Şəhriyar Əliyevin müsahibəsini nəzərinizə çatdırır:
- Hal-hazırda zədən necədir?
- Zədəm tam sağalıb. Ayağımda ağrılar yoxdur, getdikcə əvvəlki formama qayıdıram.
- Ötən tur sən ilk "18-liy"ə daxil olmuşdun. Bu tur səni əsas heyətdə görə bilərik?
- Bu, baş məşqçimizin qərarıdır. Əgər şans versə, özümü doğrultmaq üçün çalışacam.
- Ötən tur "İnter"lə bərabərə qaldınız. Bu oyun haqqında nə deyə bilərsən?
- Düzdür, bərarbərə qaldıq, amma qələbəyə çox yaxın idik. Üç xala da layiq olan tərəf biz idik. Artıq "İnter"lə oyunu unudub, irəlidəki matçlara baxmalıyıq.
- Yeni baş məşqçi ilə aran necədir?
- Çox yaxşıdır. O, mənim formaya düşməyim üçün əlindən gələni edir.
- "Bakı" bu il çempion ola biləcəkmi?
-Yaxşı komanda və məşqçimiz, ən əsası da gözəl birliyimiz var. İndi komandada hamı çempion olmağı fikirləşir.
- Mətbuatda yayılan xəbərlərdən biri də sənin narkotik dərmanlarından istifadə etməyinlə bağlıdır. Bu fikirə münasibətin necədir?
- Məni tanıyan hamı bilir ki, bu yalandır. Bəzi jurnalistlər var ki, bekarçılıqdan bilmir nə yazsın. Amma onlar da yazmamışdan qabaq nə yazdıqlarını düşünüb yazsalar, daha yaxşı olar. Hər bir insan öz işinə peşəkarcasına yanaşmalıdır. Kimsənin üstünə böhtan atmaq lazım deyil. Mən pis oluram ki, həmin insan utanmadan necə gənc futbolçunun üzərinə şər atır?!. Bu gün mənə yazan sabah başqasına yazar. Həmin insana deyiləsi o qədər sözüm var ki, ancaq mədəniyyətim icazə vermir.
Mənbə: Sportal.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB