“İlham”, “Çingiz Mustafayev” və "Tufandağ" zirvələri yenidən fəth olunub
Cari ilin yay aylarında Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yanında "RockStone" klubunun üzvləri Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Respublikanın bir sıra yüksəkliklərinə yürüşlər keçiriblər. Siasport.az saytının məlumatına görə, klubun üzvləri ARDNŞ-nin Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi məsələləri üzrə Departamentinin əməkdaşı Aleksey Seytlin rəhbərliyi ilə "İlham" (4042 metr), "Çingiz Mustafayev" (4062 metr) və "Tufandağ" (4191 metr) zirvələrinə qalxıblar. Zirvələrdə üzərində qeydlər olan lövhələr qoyulub və SOCAR-ın bayrağı ilə xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, yaxın zamanda Ulu öndər Heydər Əliyevin yubileyinə həsr edilən növbəti yürüşün keçirilməsi nəzərdə tutulur. Bu dəfəki yürüş zamanı Azərbaycanın ən yüksək nöqtəsi olan "Bazar-düzü" zirvəsi (4466 metr) fəth ediləcək. Yürüşün həyata keçirilməsi oktyabr ayının ortalarına planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB