"Sumqayıt"la görüşdə belə nəticə gözləmirdim. Qalib gəlsəydik, ilk pilləyə yüksələcəkdik". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın futbolçusu Mahir Şükürov deyib. O, "Sumqayıt"la oyundan danışıb: "Bu qarşılaşmaya yaxşı hazırlaşmışdıq, sadəcə bəxtimiz gətirmədi. Futbolda belə şeylər olur. Bu oyunla yanaşı, digər qarşılaşmalar da onu göstərir ki, Premyer Liqada hər matça sonuncu oyun kimi çıxmaq lazımdır. Çalışacağıq ki, növbəti görüşlərdə qalib gəlib, turnir cədvəlində ilk pilləyə yüksələk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB