"Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov açıqlama verib. Siasport.az saytının məlumatına görə, o, "Sumqayıt"la oyun haqda fikirlərini bildirib: "Bu oyunda qalib gələ bilmədiyimizə görə çox təəssüflənirəm. Çoxsaylı qol imkanlarından yararlana bilmədik. Halbuki böyük hesablı qələbə qazana bilərdik. Sırf müdafiədən oynayan rəqiblə həmişə belə olur. Qol gəlmədikcə onlar daha da qapanırlar. Əgər vaxtında bir qol vursaydıq, tam fərqli oyun və hesab olacaqdı. Azarkeşlərimizə səslənmək istəyirəm ki, məyus olmasınlar, biz çempionluq uğrunda mübarizəmizi davam etdiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB