"Rəvan" Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı AZAL ilə oyunun hazırlıqlarına start verib. Siasport.az saytının məlumatına görə, komanda ötən həftəsonu bərpa prosesi keçdikdən sonra bu gündən etibarən yenidən meydan məşqlərinə başlayıb.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında "Bayıl Arena"da keçirilən hazırlıqda zədəli Tofiq Mikayılovla Elvin Həsənəliyev istisna olmaqla, komandanın bütün üzvləri iştirak edir. Təxminən 2 saat davam edən bugünkü səhər məşqində futbolçular toplu çalışmalar üzərində işləyib. Məşq ümumilikdə taktiki-texniki yöndə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB