"Arsenal"ın baş məşqçisi olan Arsen Venger, yeni transfer Mesut Özil barədə danışıb. Siasport.az saytı xəbər verir ki, təcrübəli fransız futbol mütəxəssisi yeni komandasında mükəmməl qolları və usta ötürmələri ilə diqqətləri üzərinə çəkən türk əsilli alman futbolçunun getdikcə komandaya daha çox fayda verəcəyini düşünür: "Onun "Arsenal"a keçidi komandamız üçün ən uğurlu transfer oldu. Məsut Özil komandaya tez adaptasiya oldu və sərgilədiyi uğurlu futbol ortadadır. əslində onun yüksək sürətli ötürmələri və komandaya qələbə qazandırması bizi təəcübləndirmədi. Çünki o "Real"da da super oyun sərgiləyirdi. Mən artıq düşünrəm ki, qış fasiləsindən sonra biz M.Özildən daha çox nəticə əldə edəcəyik."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB