Şahin Hətəmov İndoneziyada ilk medalını qazanıb

Şahin Hətəmov İndoneziyada ilk medalını qazanıb

Azərbaycan karateçisi Şahin Hətəmov İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarında ilk medalını qazanıb. Siasport.az saytı xəbər verir ki, karate üzrə milli komandamızın üzvü olan Şahin Hətəmov fəxri kürsüyə yüksəlməyi bacarıb. +84 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz Səudiyyə Ərəbistanı, Misir və BƏƏ idmançılarına qalib gələrək, finala yüksəlib. Lakin Hətəmov uğurlu çıxışını bu dəfə davam etdirə bilməyib və İran karateçisinə uduzaraq, gümüş medalla kifayətlənib. Qeyd edək ki, bu gün badmintonçularımız da ilk sınaqlarına çıxacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə