1992-ci ildən UEFA-nın bayrağı altında keçirilən Çempionlar Liqasından ən çox gəlir əldə edən komandaların adları bəlli olub. Siasport.az saytı xəbər verir ki, siyahıya turnir Çempionlar Liqası adlanandan bəri iki çempionluq yaşayan İngiltərənin "Mançester Yunayted" klubu başçılıq edir. Mançester təmsilçisi geridə qalan 20 il müddətində Çempionlar Liqasından 470 milyon 637 min 598 avro gəlir götürüb. Turnirin son qalibi "Bavariya" siyahıda ikinci, "Barselona" isə üçüncü olub. Qeyd edək ki, 1992-ci ildən bəri təşkil olunan Çempionlar Liqasında "Mançester Yunayted" klubu 1998/1999 və 2007/2008 mövsümündə çempionluq sevinci yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB