Tərlan Əhmədov: "Hər hansı futbolçu intizamı pozursa, cəzasını alacaq"

Tərlan Əhmədov: "Hər hansı futbolçu intizamı pozursa, cəzasını alacaq"

Topaz Premyer Liqasının 7-ci turunda "Neftçi" doğma meydanda "Sumqayıt"la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, paytaxt klubunun üstünlüyü ilə keçən oyunda qapılara qol vurulmayıb - 0:0. Baş məşqçilərin qarşılaşma barədə fikirlərini nəzərinizə çatdırırıq:

Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "Azərbaycanın ən güclü komandalarından birinə qarşı oynadıq. Çətin oyun idi. Komandamız əsasən gənc, təcrübəsiz oyunçulardan ibarətdir. Fikrimcə, bu gün 1 xal qazandıq. Bəzi epizodlarda həm bizim, həm də "Neftçi"nin bəxti gətirdi. Bütün rəqiblərə eyni yanaşırıq. Öz oyun üslubumuz var. Əks-hücumlarda oynayırıq. Komandamı təbrik edirəm".

Tərlan Əhmədov, "Neftçi" klubunun məşqçisi: "Bu cür komandalarla oyunlar həmişə çətin olur. "Sumqayıt" əsasən müdafiədə oynadı, qapandı. Qol epizodlarından istifadə etmədikcə futbolçularda əsəb yaranırdı. Qarşıdakı oyunlarda itirdiyimiz xalların əvəzini qaytaracağımıza inanıram. Hər hansı futbolçu intizamı pozursa, cəzasını alacaq. Komandanın özünə inamını bərpa etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə