Topaz Premyer Liqasının VII turu çərçivəsində sabah Bakıda AZAL-ın qonağı olacaq "Xəzər Lənkəran" bu gün "AZAL Arena"da oyunöncəsi son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, komanda saat yarım ərzində əsasən futbolçuların süni örtüklü meydanda əzələlərinin davamlılığını artıracaq fiziki çalışmalar və taktiki hazırlıqla məşğul olub. Zədəli futbolçu Adrian Skarlatake fərdi məşqlərlə kifayətlənib. O cümlədən bu gün əvəzedici heyətdə çıxış edəcək 6 futbolçu - Edu Oriol, Tərlan Qasımzadə, Ağabala Ramazanov, Uğur Pamuk, Kamran Abdullazadə və Elvin Mirəzyev də əsas komanda ilə birgə hazırlıqda iştirak etməyib.
Xatırladaq ki, AZAL - "Xəzər Lənkəran" oyunu sabah saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB