“Bakı" klubunda yüksək səviyyəli görüş

“Bakı" klubunda yüksək səviyyəli görüş

"Bakı"nın "Lans"la əməkdaşlığı diqqət mərkəzindədir. Siasport.az saytının məlumatına görə, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye "Bakı" futbol klubunun təlim-məşq bazasının qonağı olub. Səfir ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşəyə baxıb, yeniyetmə və gənc futbolçulara yaradılmış şəraitlə tanış olub,"Bakı"nın üzvləri ilə görüşüb.

Qeyd edək ki, həmçinin Madrid "Atletiko"sunun baş direktoru Migel Anxel Xil Marin və Marketinq, Korporativ Əlaqələr və Beynəlxalq Layihələr üzrə baş meneceri Emilyo Qutyerres Bolloza da "Bakı"nın qonağı olub. "Bakı"nın texniki heyəti və rəsmi şəxsləri ilə şəkil çəkdirən qonaqlar "zolaqlılar"ın prezidenti Hafiz Məmmədovla görüşüblər.

Görüşün sonunda H.Məmmədov cənab Mönyeyə "Bakı"nın formasını hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə