Mişel Platini Bakının AÇ-2020 üçün nazmizədliyindən danışdı

Mişel Platini Bakının AÇ-2020 üçün nazmizədliyindən danışdı

UEFA prezidenti Mişel Platini bu gün keçirilən brifinqdə Bakının AÇ-2020 üçün nazmizədliyindən danışıb. Siasport.az saytının məlumatına görə, o, hələ şanslar haqda danışmağın tez oduğunu deyib: "Biz əminik ki, AFFA bu məqsədə çatmaq üçün böyük işlər görəcək və bizə tam hesabat verəcək. AÇ-2020-nin oyunlarını qəbul edəcək şəhərlərin tam siyahısı gələn ilin sentyabrında elan ediləcək. Bakı AÇ-ni keçirmək üçün təsdiqlənmiş namizədlər siyahısından ilk şəhər oldu. Bakı qrup mərhələsi oyunları uğrunda 25 şəhərlə rəqabət aparır. Ancaq şanslar haqda danışmaq hələ tezdir".

Bütün xəbərlər Facebook səhifəmizdə