Joze Mourinyo üçün 10 nömrə Oskardır

Joze Mourinyo üçün 10 nömrə Oskardır

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo, yenə maraqlı açıqlama ilə çıxış edib.Siasport.az saytı xəbər verir ki, portuqaliyalı baş məşqçi ingilis həmkarlarımızla söhbətində "Çelsi"nin futbolçusu Xuan Matanın az oynatmasının səbəbləri haqqında danışıb. J.Mourinyo ispan yarımmüdafiəçinin öz üzərində çalışmalı olduğunu deyib: "Everton"la matçda start heyətində oyuna çıxmışdı. Onun həmin qarşılaşmadakı çıxışını analiz edə bilərsiniz. Mənim komandamdakı 10 nömrəm Oskardır. Əgər biri mənə indiyə kimi ən yaxşı oyunçunun Oskar olmadığını söyləyərsə, bununla razılaşmaram. Mata özünü sübut etmək üçün daha çox çalışmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə