Son günlər "Qalatasaray" rəhbərliyi ilə baş məşqçi Fatih Terim arasındakı gərginlik pik həddinə çatıb. Siasport.az saytı xəbər verir ki, "imperator"un futbol üzrə Türkiyə millisinə baş məşqçilik etməsi, "Qalatasaray" rəhbərliyini qəzəbləndirib. Həm Türkiyə çempionatında, həm də UEFA Çempionlar Liqasında ard-arda gələn acınacaqlı məğlubiyyətlər, klub rəhbəriyinin F.Terimə olan münasibətini dəyişib. Klub rəhbərliyi hesab edir ki, F.Terim milli komandanın sükanı arxasından imtina edib bütün diqqətini "Qalatasaray"ın uğurları üçün səfərbər etməlidir. F.Terim isə milli komandadan ayrılmağı düşünmür. Bu isə ciddi böhrana səbəb olub. "Milliyet" yazır ki, artıq klub rəhbərliyi F.Terimə əvəzedici də tapıb. Belə ki, "Çelsi" ilə UEFA Çempionlar Liqasını qazanan Di Matteo "Qalatasaray"ın sükanı arxasına keçə bilər. Məlumata əsasən bu məsələdə Didye Droqba da əsas rol oynayır. Çünki D.Matteonun rəhbərliyi altında UEFA Çempionlar Liqasını qazanan ulduz futbolçu gənc mütəxəssisin "Qalatasaray"a yararlı olacağını düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB