"Atletiko" ciddi itki ilə üzləşdi

"Atletiko" ciddi itki ilə üzləşdi

Madrid "Atletiko"su ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin forvardı Adrian Lopes ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq. Ulduz futbolçu keçən gün UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Rusiya "Zenit"inə qarşı keçirilən qarşılaşmada ciddi zədə alaraq meydanı tərk etmişdi. Klubun həkimləri tərəfindən aparılan müayinə zamanı müəyyən olunub ki, 25 yaşlı futbolçunun zədəsi kifayət qədər ciddidir və o UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Porto" ilə qarşıdakı oyunda meydana çıxa bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə