DÇ-2013 beşinci gün: Gözəl Zutova və Orxan Əhmədov ilk qələbələrini qazandılar
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, yarışların beşinci günündə qadın güləşi üzrə 67 və 72 kq, həmçinin yunan-Roma güləşi üzrə idmançılar mübarizəyə qoşulub. Azərbaycan güləşçiləri iki çəkidə yarışır.
İdmançımız Gözəl Zutova ilk görüşündə Elmira Sizdikovaya (KAZ) qalib gəlib. O, 1/4 finalda Stacie Anaka (CAN) ilə qarşılaşacaq.
Orxan Əhmədov isə Fatih Üçüncüdən (TUR) üstün olub. Güləşçimiz 1/8 finalda Şarma Gauravla (IND) qurşaq tutacaq.
67 kq
1/8 final - Gözəl ZUTOVA - Elmira Sizdikova (KAZ) (6:0)
1/4 final - Gözəl ZUTOVA - Stacie Anaka (CAN)
55 kq
1/16 final - Fatih Üçüncü (TUR) - Orxan ƏHMƏDOV (0:4)
1/8 final - Şarma Gaurav (IND) - Orxan ƏHMƏDOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB