Bu gün Sarayevoda cüdo üzrə Avropa çempionatı start götürür. Siasport.az saytının məlumatına görə, birinciliyin ilk günündə Azərbaycanın altı cüdoçusu çıxış edəcək.
İki idmançımız 55 kiloqramadək kateqoriyada mübarizə aparacaq. Mehman Sadıxov Xristos Trikomitis (Kipr) - Migel Riopedre (İspaniya) cütlüyünün qalibi ilə, Davud Məmmədov isə türkiyəli Yavuz Bessel ilə görüşəcək.
60 kiloqramadək çəkidə Oruc Vəlizadə Rusiyadan olan Səxavət Hacıyevlə mübarizə aparacaq. Rəşad Rufullayev isə britaniyalı Samuel Hall ilə üz-üzə gələcək.
Qızlar arasında yarışda Elvira Butdayeva (44 kq) Mariya Lebedeva (Rusiya) ilə, Aişə Qurbanlı (48 kq) isə İrina Dolqova (Rusiya) ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB