"Özümü çox yaxşı hiss edirəm. Ölkənin ən iddialı klublarından birinə keçdim". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin yeni futbolçusu Elnur Allahverdiyev deyib. O, yeni klubu haqda danışıb: "Artıq 2 gündür ki, Qəbələdəyəm. Çox gözəl atmosfer və futbol oynamaq üçün hər cür şərait var. Komandanın qarşısına böyük hədəflər qoyulub. Məqsədim bacarığımı ortaya qoyub, komandanın hədəflərinə çatmasına kömək etməkdir. Özümü psixoloji və fiziki cəhətdən hazır sayıram. Baş məşqçimiz şans verdiyi an mübarizəyə atılmağa hazıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB