Bakının namizədliyi təsdiqlənib

Bakının namizədliyi təsdiqlənib

UEFA İcraiyyə Komitəsinin Xorvatiyanın Dubrovnik şəhərində təşkil olunmuş iclasında 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etmək istəyən şəhərlərin namizədliyi təsdiq olunub. Siasport.az saytı uefa.com saytına istinadən xəbər verir ki, 13 şəhərdə keçiriləcək oyunlar üçün 32 milli assosiasiya ev sahibi olmaq istəyini bildirib. Namizədliyi təsdiq olunmuş şəhərlər arasında Bakı da var.

Ümumi siyahını diqqətinizə çatdırırıq:

İngiltərə (London), Azərbaycan (Bakı), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münxen), Yunanıstan (Afina), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Niderland (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Portu), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Serbiya (Belqrad), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk), Uels (Kardiff), Finlandiya (Helsinki), Fransa (Lion), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), İsveçrə (Bazel), İsveç (Solna), Şotlandiya (Qlazqo), Ermənistan (Yerevan).

UEFA İcraiyyə Komitəsi şəhərlərin yekun siyahısını 2014-cü il sentyabrın 25-də təsdiqləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə