"Xəzər Lənkəran" "Bayıl Arena”da məşqlərini tamamlandı

"Xəzər Lənkəran" "Bayıl Arena”da məşqlərini tamamlandı

Topaz Premyer Liqasının VII turu çərçivəsində AZAL klubunun qonağı olacaq "Xəzər Lənkəran" Bakıdakı hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, artıq iki gündür ki, "Bayıl Arena" stadionunun süni örtüklü meydançasında məşqlərini keçirən komanda bu gün səhər məşqi ilə adıçəkilən arenadakı hazırlığını tamamlayıb. Taktiki və fiziki çalışmaları yerinə yetirən futbolçulardan Adrian Skarlatake hələ ki, komanda ilə birgə məşqlərə qatıla bilmir. Rumın müdafiəçi fərdi olaraq məşqlərini davam etdirir. Sabah matçın keçirələcəyi "AZAL Arena"da "Xəzər Lənkəran" oyunöncəsi son məşqinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə