Tamerlan Rizvanov Dünya Bacarıqlar Finalında

Tamerlan Rizvanov Dünya Bacarıqlar Finalında

Xəbər verdiyimiz kimi, "Mançester Yunayted" Futbol Məktəbinin Denston kollecində keçirilən təlim-məşq toplanışlarında iştirak etmiş Tamerlan Rizvanov "Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar Finalına vəsiqə qazanıb. Siasport.az saytının məlumatına görə, Tamerlan Rizvanov 2013-cü il oktyabr ayının 17-dən 20-dək İngiltərənin Mançester şəhərində Aon İdman Kompleksində Dünya Bacarıqlar Finalında iştirak edəcək.

Bundan əlavə, o, 2013-cü il oktyabrın 19-da da "Old Trafford" stadionunda İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Mançester Yunayted" - "Southhampton" oyununu izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə