Təməlqoyma mərasimi keçiriləcək

Təməlqoyma mərasimi keçiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 21-də AFFA-nın Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa ediləcək təlim-məşq bazasının təməlqoyma mərasimi təşkil olunacaq. Siasport.az saytının məlumatına görə, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə keçiriləcək tədbirin saat 10:30-da başlanması nəzərdə tutulub.

AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə