Milinko Pantiç: “Bu oyun bizim üçün çox vacibdir"

Milinko Pantiç: “Bu oyun bizim üçün çox vacibdir"

"Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "İnter"lə qarşıdakı oyunla bağlı fikirlərini açıqlayıb. Siasport.az saytının məlumatına görə, mütəxəssis oyuna ciddi hazırlaşdıqlarını qeyd edib: "Bu oyun bizim üçün çox vacibdir. "İnter"in turnir cədvəlində tutduğu yerə baxmayaraq, bu komandaya qarşı ciddi hazırlaşırıq. Ən azından ona görə ki, bu bir Bakı derbisidir".

Xatırladaq ki, Topaz Premyer Liqasının 7-ci turu cərçivəsində keçiriləcək "İnter" - "Bakı" oyunu setyabrın 21-də saat 17:00-da "Şəfa" stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə