"Neftçi" ardıcıl 3 dəfə ölkə çempionu olub. Hədəfimiz ardıcıl 4-cü çempionluqdur. Bunda pay sahibi olmağım üçün əlimdən gələni əsirgəməyəcəyəm". Siasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın futbolçusu Karlos Kardoso deyib. Braziliyalı müdafiəçi Premyer Liqanın 7-ci turunda keçiriləcək "Sumqayıt"la oyun haqda fikirlərini bildirib: "Düzdür, "Sumqayıt" klubu "Neftçi" ilə müqayisədə zəif hesab oluna bilər, amma bu, arxayınlaşmağımız üçün əsas deyil. Bütün rəqiblərə hörmətlə yanaşırıq . Qələbə qazanıb azarkeşləri sevindirmək, turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirmək istəyirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB