"Arsenal"ın baş məşqçisi Arsen Venger, UEFA Çempionlar Liqasının qrup mərhələsində "Marsel"ə 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışıb. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol mütəxəssisi həmyerliləri ilə keçirdikləri qarşılaşmanın birinci hissəsində rəqibin daha üstün oyun nümayiş etdirdiyini deyib: "Marsel" birinci hissədə çox yaxşı təsir bağışlayırdı. İstədiyimiz oyunu göstərə bilmədik. İkinci hissədə isə üstünülüyü ələ aldıq. Yaxşı oynamadıq, ancaq vacib məqamlarda istəyimizə çatdıq. Rəqibin belə oynayacağını bilirdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB