Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Londonda "Çelsi"ni 2:1 ilə məğlub edən "Bazel", "zadəğanlar" üçün daha bir antirekord müəyyənıəşdirib. Siasport.az saytı xəbər verir ki, dünən axşamkı məğlubiyyətdən sonra "Çelsi"nin on illik məğlubiyyətsizlik seriyasına son qoyulub. Belə ki, London təmsilçisi sonuncu dəfə yalnız 2003-ci ildə Çempionlar Liqasında öz meydanında "Beşiktaş"a 0:2 hesabı ilə uduzub. Həmin vaxtdan dünənki oyuna qədər isə "Çelsi" Avrokubokların qrup matçlarında evində oynadığı heç bir görüş də uduzmayıb. Ancaq dünənki qarşılaşmada "Bazel" qalib gələrək Premyer Liqa klubunun 10 illik məğlubiyyətsizlik seriyasını qırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB