UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İstanbulda Madrid "Real"ına 1:6 hesablı rüsvayçı məğlubiyyətə üzülən "Qalatasaray", daha bir ciddi itki ilə üzləşib. Siasport.az saytı Türkiyənin məşhur "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, İstanbul klubunun ulduz futbolçusu Didye Droqba, həmin qarşılaşmada çiynindən aldığı ağır zədə ucbatından bazar günü keçiriləcək "Qalatasaray"-"Beşiktaş" derbisində meydana çıxa bilməyəcək. Belə ki, komandanın həkimləri tərəfindən aparılan müayinə zamanı ulduz futbolçunun ən azı iki həftə yaşıl meydanlara qayıtmağının mümkünsüzlüyü müəyyənləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB