İngiltərinin "Liverpul" futbol klubu ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, ingilis klubunun ulduz futbolçusu Filippe Koutinyo zədə üzündən ən azı oktyabrın sonuna qədər yaşıl meydanlardan uzaq olacaq. İngilis klubunun rəsmi saytının yaydığı məlumatda deyilir ki, bazar ertəsi "Svanse Siti" ilə keçirilən qarşılaşma zamanı çiynindən ciddi zədə alan 21 yaşlı braziliyalı gənc futbolçu, tibbi əməliyyat olunandan sonra bir aydan çox müddətdə komandasına kömək edə bilməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB