Sentyabrın 19-da Novxanı qəsəbəsində yerləşən "AF Hotel" mehmanxanasında 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş "Baku Open -2013" Beynəlxalq şahmat festivalı start götürəcək. Siasport.az saytının məlumatına görə, festival "A" (güclülər ) və "B" (əmsalı 2250-dən aşağı olan şahmatçılar) turnirlərindən ibarət olacaq. Festivalda Azərbaycanla yanaşı, 18 ölkədən 224 şahmatçı (33 beynəlxalq qrossmeyster, 28 beynəlxalq usta və 9 FİDE ustası) qələbə uğrunda mübarizə aparacaq.
İsveçrə sistemi üzrə keçirilən turnirin ümumi mükafat fondu 50 min ABŞ dolları təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB