Topaz Premyer Liqasının son iki turunda qələbə qazanmağı bacaran "Simurq" bir günlük istirahətdən sonra məşqlərini bərpa edib. Siasport.az saytının məlumatına görə, komanda dünən Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında "Qarabağ"la oyunun hazırlıqlarına start verib.
İki saata yaxın davam edən çalışmadan öncə baş məşqi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq, onlarla qısa söhbət aparıb. Bundan sonra futbolçular qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə məşqə başlayıblar.
Hazırlığın davamında isə məşqçilər korpusu futbolçuları iki qrupa ayırıb. "Sumqayıt"la oyunun əsas vaxtlarında meydanda olmuş futbolçular hazırlığı ayaq tennisi oynamaqla davam etdiriblər. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetiriblər. Taktiki çalışmalardan sonra isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
"Simurq" bu gün isə iki məşqə çıxacaq. Səhər fitness zalda çalışmaları davam etdirən Zaqatala təmsilçisi, axşam saatlarında toplu təmrinlər yerinə yetirəcək.
Qeyd edək ki, Topaz Premyer Liqasının VII turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Simurq" oyunu sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qarşılaşma saat 19:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB