“Sumqayıt” - “Neftçi” matçının keçirilmə yeri dəyişdirilib

“Sumqayıt” - “Neftçi” matçının keçirilmə yeri dəyişdirilib

"Sumqayıt" klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək ev oyunlarını keçirdikləri stadionda infrasturuktur işlərinin yekunlaşmaması ilə əlaqədar olaraq Topaz Premyer Liqasının I dövrəsinin "Sumqayıt" - "Neftçi" matçının "Bakcell Arena" stadionunda, ikinci dövrənin matçının isə Sumqayıt şəhərində keçirilməsinə icazə verməyi xahiş edib. Siasport.az saytının məlumatına görə, bu səbəbdən yuxarıda qeyd olunanları və "Neftçi" klubunun razılıq məktubunu nəzərə alaraq, PFL prezidenti əmr imzalayıb. Əmri oduğu kimi nəzərinizə çatdırırıq:

Ə M R E D İ R Ə M:

1. Topaz Premyer Liqasının VII turunun "Sumqayıt" – "Neftçi" matçı 22 sentyabr 2013-cü il tarixindən 21 sentyabr 2013-cü il tarixinə dəyişdirilsin və matç "Bakcell Arena" stadionunda keçirilsin.

2. Topaz Premyer Liqasının XV turunun "Neftçi" – "Sumqayıt" matçı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə