Azərbaycan avarçəkəni beynəlxalq reqatada gümüş medal qazandı

Azərbaycan avarçəkəni beynəlxalq reqatada gümüş medal qazandı

Almaniyanın Hamburq şəhərində akademik avarçəkmə üzrə "E.ON Hanse AlsterCup" ənənəvi reqatası keçirilib. Siasport.az saytının məlumatına görə, nüfuzlu reqataya ilk dəfə Azərbaycan milli komandasının üzvü Aleksandr Aleksandrov da dəvət alıb.

İyirmi üç yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla yürüşlərə qatılıb. O, yalnız almaniyalı Marsel Hakkerdən geri qalaraq gümüş medal qazanıb. Bürünc medala isə hollandiyalı Roel Braas sahib olub.
Xatırladaq ki, A.Aleksandrov daha əvvəl Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş Henli Kral Reqatasının qalibi olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə