Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan Rail Məlikov İstanbulda "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Siasport.az saytının məlumatına görə, travmotoloq-cərrah, professor Ömer Taşer tərəfindən həyata keçirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədi ilə fizioreabitoloji müalicəyə start verilib. R.Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB