Nedved "Yuventus"un Çempionlar Liqasını qazanacağına əmindir

Nedved "Yuventus"un Çempionlar Liqasını qazanacağına əmindir

İtaliyanın "Yuventus" futbol klubunun əfsanəvi futbolçularından olmuş Pavel Nedved, "qoca sinyora"nın UEFA Çempionlar Liqasındakı perspektivi barədə danışıb. Siasport.az saytı xəbər verir ki, "Yuventus"un keçmiş əfsanəsi bu qənaətdədir ki, İtaliya təmsilçisi yeni mövsümdə UEFA Çempionlar Liqasını qazanmağa ən real namizədlər sırarsındadır. Keçmiş komandasının olduqca çətin bir qrupa düşdüyünü deyən P.Nedved, bu qrupdan çıxmaq üçün "Yuventus"un ən azından "Qalatasaray" və "Kopenhagen"dən mümkün qədər çox xal almağa çalışmalı olduğunu etiraf edib. Bununla yanaşı keçmiş futbolçu "Qalatasaray"ın hər an sürpriz edə biləcək gücdə olduğunu da dilə gətirməyi unutmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə