"Hamburq"un baş məşqçisi işdən qovuldu!

"Hamburq"un baş məşqçisi işdən qovuldu!

Almaniyanın "Hamburq" futbol klubunda məşqçi dəyişikliyi baş verib. Siasport.az saytı xəbər verir ki, alman klubunun baş məşqçisi olan Thortsen Fink vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə keçirdiyi mətbuat konfransında "Hamburq"un idman direktoru Oliver Kreuzer açıqlama yayıb. O, rəhbərliyin bu addımını komandanın ifasında son turlarda ard-arda qeydə alınan uğursuz nəticələrlə əlaqələndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə