Azərbaycan cüdoçuları Avropa birinciliyində mübarizə aparacaqlar

Azərbaycan cüdoçuları Avropa birinciliyində mübarizə aparacaqlar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənclər arasında cüdo üzrə Avropa birinciliyi keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda ölkəmizi Mehman Sadıxov, Davud Məmmədov (hər ikisi 55 kq), Oruc Vəlizadə, Rəşad Rufullayev (hər ikisi 60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Əbdülxaq Rəsullu, Məmmədli Mehdiyev (hər ikisi 81 kq), Firudin Dadaşov (90 kq), Elvira Butdayeva (44 kq), Aişə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) təmsil edəcəklər.

Qeyd edək ki, yarış sentyabrın 20-dən 22-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə