Kim güclüdür: "Real" yoxsa "Qalatasaray"?

Kim güclüdür: "Real" yoxsa "Qalatasaray"?

Bu axşam futbol azarkeşlərinin diqqəti İstanbula çevriləcək. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin yeni mövsümdəki ilk açılış qarşılaşmasında "Qalatasaray" və "Real Madrid" üz-üzə gələcəklər. Gecənin ən çox maraqla gözlənilən qarşılaşması ilə bağlı hər iki komandanın baş məşqçiləri və futbolçuları iddialı açıqlamalarla çıxış ediblər. "Real"ın baş məşqçisi Karlo Ancelotti İstanbula qələbə üçün gəldiklərini deyib. Kriştiyanu Ronaldo da "Miliyyet"ə açıqlamsında keçən ilki məğlubiyyətin əvəzini çıxacaqlarına əmin olduqunu deyib. Didye Droqba isə, hər şeyin meydanda həll olunacağını və kral klubuna qarşı olduqca istəkli futbol sərgiləyəcəklərini elan edib. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim də bu axşam əsas məqsədlərinin "Real"ı məğlub edib qrup mərhələsinə qələbə ilə başlamaq olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə