Üçüncü İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək karateçilərimiz müəyyənləşdi

Üçüncü İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək karateçilərimiz müəyyənləşdi

Xəbər verdiyimiz kimi, sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində üçüncü İslam Həmrəyliyi Oyunları keçiriləcək. Siasport.az saytının məlumatına görə, yarışda mübarizə aparacaq karate üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Heyətdə Nuranə Əliyeva, Rafiz Həsənov, Ayxan Mamayev, Şahin Atamov, İlahə Qasımova, Asiman Qurbanlı, Tural Ələkbərli, Tural Balcanlı, Rafael Ağayev və Niyazi Əliyev yer alıblar.

Turnirdə Azərbaycanı, ümumilikdə, 9 növdə 53 idmançı təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə