Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir. Siasport.az saytının məlumatına görə, çempionatın ilk günündə Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, səfirliyin əməkdaşları, həmçinin Budapeştdə təhsil alan azərbaycanlı tələbələr yarışın keçirildiyi Lazslo Papp Arenasına gələrək, güləşçilərimizə dəstək olublar.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevlə görüşən səfir Vilayət Quliyev güləşçilərimizə uğurlar arzulayıb. Federasiya rəsmisi öz növbəsində göstərdikləri dəstəyə görə Vilayət Quliyevə təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB