"Qarabağ" klubu hazırlıqlara başladı

"Qarabağ" klubu hazırlıqlara başladı

"Qarabağ" klubu məşqlərə başlayıb. Siasport.az saytının məlumatına görə, komanda Premyer Liqanın VII turunda qarşılaşacağı "Simurq"la oyunun hazırlıqlarına start verib. "Qarabağ" bu gün Suraxanı qəsəbə stadionunda məşq keçib. Sabah isə komandanın 2 məşqi var.

Xatırladaq ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov "Rəvan"la baş tutan sonuncu oyundan sonra futbolçulara 2 günlük istirahət vermişdi.

Qeyd edək ki, "Qarabağ" - "Simurq" matçı sentyabrın 21-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə