Topaz Premyer Liqasının VI turunda "Bakı" üzərində əzmkar və inamlı qələbədən sonra bir günlük istirahətə buraxılan "Xəzər Lənkəran" bu gün məşqlərini bərpa edib. Siasport.az saytının məlumatına görə, səhər saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxan komanda saat yarım ərzində bərpa hazırlığını keçirməklə yanaşı, fiziki və taktiki çalışmaları da yerinə yetirib. Keçirilən məşqlərdə "Bakı" ilə oyunda 90 dəqiqə çıxış edən futbolçulara nisbətən yüngül çalışmalar verilib. Futbolçulardan Junior Nildo və Zoahir Benouahi yüngül zədə üzündən fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin nəzarətində fərdi məşq keçiblər. "Xəzər Lənkəran" çərşənbə gününə qədər AZAL komandası ilə oyuna hazırlığı Lənkəranda keçirib, səhər məşqindən sonra Bakı şəhərinə yola düşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB