Futbol üzrə Türkiyə Superliqasında IV turun növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Beşiktaş" futbol klubu yeni mövsümdə ardıcıl dördüncü qələbəsini qazanaraq, turnir cədvəlinin vahid liderinə çevrilib. "Qara qartallar" əzəli rəqiblərindən olan "Bursaspor"u səfərdə 3:0 hesabı ilə məğlub edərək, xal ehtiyatını 12-yə yüksəldib. "Qalatasaray" isə "Antalyaspor"la 1:1 hesablı heç-heçəyə imza ataraq növbəti dəfəf xal itirib.
Bundan başqa, "Sivaspor" öz meydanında "Eskişehirspor"a qalib gəlib - 3:2. "Gənclərbirliyi" "Kayserispor"la 1:1 hesablı bərabərə qalıb. "Elaziğspor" öz meydanında "Konyaspor"dan üstün olub - 2:0.
15 sentyabr
Türkiyə Superliqası, IV tur
"Sivaspor" – "Eskişehirspor" - 3:2
Qollar: Kamara, 7 (0:1), Utaka, 9 (1:1), Kosta, 48 (2:1), Veysel, 60 (2:2), Aatif, 73 (3:2)
"Gənclərbirliyi"- "Kayserispor" - 1:1
Qollar: Dieqo, 48 (0:1), Tomiç, 90 (1:1)
"Elazığspor" – "Konyaspor" - 2:0
Qollar: Görk, 11 (1:0), Yılmaz, 36 (2:0)
"Bursaspor"- "Beşiktaş" - 0:3
Qollar: Almeyda, 14 (0:1), Sivok, 37 (0:2), Eskude, 67 (0:3)
13 sentyabr
"Qalatasaray" - "Antalyaspor" - 1:1
Qollar: Tita, 20 (0:1), Droqba,75 (1:1)
14 sentyabr
"Kayseri Erciyesspor" - "Akhisar Bələdiyyəspor" - 1:0
Qol: Bilgi, 57 (1:0)
"Qaziantepspor" – "Rizespor" - 2:4
Qollar: Adnan, 12 (0:1), Kaya, 19-pen (0:2), Şahin, 24 (1:2), Tosun, 61-pen (2:2), Kaya, 79 (2:3), Depetris, 81 (2:4), Binya, 90-avtoqol (2:5)
"Trabzonspor" – "Karabükspor" - 1:0
Qol: Henrike, 76 (1:0)
16 sentyabr
"Kasımpaşa" – "Fənərbaxça"
| S | Komandalar | O | Q | H | M | Xal |
|---|---|---|---|---|---|---|
| 1. | Beşiktaş | 4 | 4 | 0 | 0 | 12 |
| 2. | Rizespor | 4 | 3 | 0 | 1 | 9 |
| 3. | Elazığspor | 4 | 2 | 1 | 1 | 7 |
| 4. | Karabükspor | 4 | 2 | 1 | 1 | 7 |
| 5. | Fənərbaxça | 3 | 2 | 0 | 1 | 6 |
| 6. | Akhisar | 4 | 2 | 0 | 2 | 6 |
| 7. | Kasımpaşa | 3 | 2 | 0 | 1 | 6 |
| 8. | Qalatasaray | 4 | 1 | 3 | 0 | 6 |
| 9. | Sivasspor | 4 | 2 | 0 | 2 | 6 |
| 10. | Trabzonspor | 4 | 2 | 0 | 2 | 6 |
| 11. | Gənclərbirliyi | 4 | 1 | 1 | 2 | 4 |
| 12. | Eskisehirspor | 4 | 1 | 1 | 2 | 4 |
| 13. | Erciyesspor | 4 | 1 | 1 | 2 | 4 |
| 14. | Kayserispor | 4 | 1 | 1 | 2 | 4 |
| 15. | Bursaspor | 4 | 1 | 1 | 2 | 4 |
| 16. | Antalyaspor | 4 | 0 | 3 | 1 | 3 |
| 17. | Konyaspor | 4 | 1 | 0 | 3 | 3 |
| 18. | Qaziantepspor | 4 | 0 | 1 | 3 | 1 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB