“Fasilədən sonra əksər hallarda oyunlar çətin olur"

“Fasilədən sonra əksər hallarda oyunlar çətin olur"

Topaz Premyer Liqasının 6-cı turunun AZAL - "Qəbələ" oyundan sonra baş məşqçilər fikirlərini bildiriblər. Siasport.az saytı mütəxəssislərin fikirlərini nəzərinizə çatdırır:

Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: "Hər iki komanda üçün vacib oyun idi. Bizim üçün həlledici qarşılaşma idi. "Qəbələ" elə komanda deyil ki, AZAL-a onu 6 xal qabaqlamağa imkan versin. Çempionatdakı fasilə zamanı daha çox standart vəziyyətlər üzərində çalışmışdıq. Rəqibin hücum xətti çox güclüdür, hətta azlıqda qalandan sonra da biz bundan istifadə edə bilmədik. Erkən qol vurub, qapımızda iki top gördük. Artıq "Xəzər Lənkəran"la oyuna hazırlaşacağıq".

Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Fasilədən sonra əksər hallarda oyunlar çətin olur. Rəqibimiz yaxşı komandadır, hücumdan müdafiəyə və əksinə çox sürətlə keçirlər. Qələbə qazandığımız üçün şadam".

Bütün xəbərlər Facebook səhifəmizdə