Topaz Premyer Liqasının 6-cı turunun "Simurq" - "Sumqayıt" oyunundan sonra komandaların baş məşqçiləri matç barədə fikirlərini bildiriblər. Siasport.az saytı baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:
Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: "İlk hissədə müdafiədə zəif oynadıq. İkinci hissədə isə daha yaxşı oynadıq, bərabər oyun getdi. Səhvlərimiz üzərində işləyəcəyik".
Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Çempionatda asan oyun yoxdur. Bugünkü oyunun ilk hissəsində üç qol vurduq, ikinci hissədə də pis oynamadıq. Azarkeşlərimizə təşəkkürümü bildirirəm, sona qədər bizə dəstək oldular. Qələbəyə görə komandaya minnətdaram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB