Azərbaycan idmançıları Şahmat Peşəkarlar Assosiasiyası Kuboku oyunlarında
Riqada sürətli şahmat üzrə Şahmat Peşəkarlar Assosiasiyası Kuboku oyunlarına start verilib. Siasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edirlər.
Ümumilikdə 16 güclü şahmatçının mübarizə apardığı yarışın hər mərhələsində rəqiblər iki oyun (ağ və qara fiqurlarla) keçirəcəklər. Bu oyunlardan sonra hesab heç-heçə olarsa, blits keçiriləcək. Bu görüşlər də qalibi müəyyən etməzsə həlledici oyun ("Armageddon") baş tutacaq. Əgər ağ fiqurlarla oynayan şahmatçı qalib gəlmirsə, qaralar növbəti mərhələyə çıxır.
Kubok yarışları sentyabrın 15-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB