Qurban Qurbanov: "Vurduğumuz qol mənim üçün gözlənilməz oldu"

Qurban Qurbanov: "Vurduğumuz qol mənim üçün gözlənilməz oldu"

"Vladislav Qədirovu "Rəvan"a baş məşqçi təyin olunması münasibəti ilə təbrik edirəm. Ötən turdakı qələbə və bu turdakı heç-heçə göstərir ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir". Siasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Rəvan" - "Qarabağ" oyunundan sonra deyib. deyib. O, qolun gözlənilməz olduğunu qeyd edib: "Vurduğumuz qol mənim üçün gözlənilməz oldu. Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə bilmirik. Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü biruzə verir. Futbolçulara iradım yoxdur, qələbə üçün oynayırdılar. Alınmadı, hər şey ola bilər. Komandaya iki günlük istirahət veriləcək. Admir Teli, Nikolas Gelaşvili və Ulrix Kapolonqo milli komandaların düşərgələrindən təzə qayıdıblar".

Bütün xəbərlər Facebook səhifəmizdə