Sentyabrın 15-də Moskvada karate üzrə Rusiya yığması ilə dünya komandası arasında yoldaşlıq görüşü keçiriləcək. Siasport.az saytının məlumatına görə, dünya komandasının heyətinə planetin ən güclü karateçiləri cəlb olunublar. Dünya yığmasında Azərbaycanı iki idmançı təmsil edəcək. Onlar dəfələrlə dünya və Avropa çempionu olmuş Rafael Ağayev və mundialın gümüş mükafatçısı Şahin Atamovdur.
Karateçilərimiz Vətənə qayıdandan sonra İndoneziyada keçiriləcək üçüncü İslam Həmrəyliyi Oyunlarına hazırlaşacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB