Azərbaycanın alpinistlərdən ibarət "Dağçılıq İdman Klubu" (DİK) bu gün Gürcüstana yola düşür. Azərbaycan Alpinizm Federasiyasından (AAF) Siasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd, qonşu ölkədə təşkil edilmiş yarışlarda iştirak etməkdir.
Klubun baş məşqçisinin köməkçisi Emin Məmmədovun sözlərinə əsasən, 3 günlük yarışlarda iştirak etmək üçün 8 nəfərlik heyət yola çıxıacaq: "Səfərdə məqsəd Gürcüstanda RedBull şirkətin təşkilatçılığı ilə keçiriləcək yarışlarda iştirak etməkdir. Heyətdə 1 nəfər qayaya dırmanma üzrə idmançı, 5 nəfər dəstək qrupu, eyni zamanda 1 nəfər yüngül atletika və 1 nəfər dağ velosipedi üzrə idmançılar yer alıb. Komanda bu gün yola düşüb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB