Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb

Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb

2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb. Siasport.az saytının məlumatına görə, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğuna görə, FİFA-nın qərarı ilə qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Bununla əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək.

Qeyd edək ki, oyun "Bakcell Arenada" keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə